Ərdoğan Türkiyənin qazla bağlı planlarını açıqlayıb

  • By admin
  • 02 Fevral 2022 16:16

Türkiyə 2023-cü ildə Qara dənizdə hasil ediləcək qazı öz enerji sisteminə qoşmağı planlaşdırır.

Gununsesi.info-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İnşallah 2023-cü ildə Qara dənizdən hasil edilən qazı enerji sistemimizə qoşacağıq”, – deyə Ərdoğan bildirib.

Daha əvvəl enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Türkiyə Qara dənizdə qaz hasil etməklə yeni tədarük proqramı müəyyən edəcək. Ankara tələb və təklif balansını pozmamaq üçün qaz tədarükündə qısa və ortamüddətli müqavilələrə üstünlük verəcək.

 

 

Gununsesi.info