Ərdoğan üç ölkənin lideri ilə danışıqlar apardı

  • By admin
  • 12 Avqust 2021 09:16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əfqanıstanlı həmkarı Əşrəf Qəni, İranın yeni lideri Seyid İbrahim Rəisi və Togo Prezidenti For Essozimn Qnassinqbne ilə telefonla danışıb.

Gununsesi.info bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

İran Prezidenti ilə telefon söhbətində Ərdoğan Rəisini yeni vəzifəyə başlaması münasibətilə təbrik edib. O Türkiyə-İran əlaqələrinin və regional əməkdaşlığın hər sahədə daha da güclənəcəyinə inandığını vurğulayıb.

Türkiyə lideri ölkədəki meşə yanğınlarının tezliklə bitməsini arzulayan Əşrəf Qəniyə təşəkkür edib və Əfqanıstanın ən qısa zamanda layiq olduğu sülhü, sabitliyi əldə edə bilməsi üçün dost-qardaş əfqan xalqının yanında olmağa davam edəcəklərini deyib.

Bundan əlavə, Ərdoğan Toqo Prezidenti ilə söhbət əsnasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə edib. O, Türkiyə ilə Toqo arasında müdafiə sənayesində əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafına təkan verdiyini diqqətə çatdırıb.