Ərdoğan: “Ukraynada münaqişə uzanarsa, Avropanın bu müharibədə iştirakı azalacaq” - TÜRKİYƏ RUSİYANIN MÜDAFİƏÇİSİNƏ ÇEVRİLİR

  • By admin
  • 14 Yanvar 2023 17:08

Türkiyə Avropa və ABŞ-ın Ukraynadakı vəziyyətlə bağlı danışıqlarda iştirak etməli olduğunu bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib bu haqda danışıb.

O, həmçinin bildirib ki, əgər Ukraynada münaqişə uzanarsa, Avropanın bu müharibədə iştirakı azalacaq, bununla yanaşı ictimaiyyət də artıq Kiyevi dəstəkləməkdən imtina edəcək: “Dünya ictimaiyyəti Rusiya Federasiyası ilə Ukrayna arasında ciddi danışıqlara şərait yaratmaqda kifayət qədər həvəsli deyil.Dünyada əhval-ruhiyyə münaqişənin davam etməsi tərəfdarıdır, belə bir şəraitdə Ukrayna üzrə sülh sazişini müzakirə etmək mümkün deyil. Ukrayna üçün istənilən sülh planı Rusiyanın fikrini nəzərə almasa, uğursuzluğa məhkumdur”.

 

Tərcümə: Adil Elxanoğlu

Gununsesi.info