Ərdoğan Ukraynanı müzakirə etmək üçün Putini Türkiyəyə dəvət edib

  • By admin
  • 26 Fevral 2022 18:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın iclasında bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putini Ukraynada gərginliyin azaldılmasını müzakirə etmək üçün Türkiyəyə dəvət edib.

Bu barədə Gununsesi.info “TGRT Haber”ə istinadən xəbər verir.

“Türkiyə sülhün tərəfdarıdır. Cənab Putinlə telefon danışığında vəziyyəti normallaşdırmaq üçün onu Türkiyəyə dəvət etdim”, – Ərdoğan deyib.

 

 

Gununsesi.info