Ərdoğan Ukraynanın yenidən bərpasına YARDIM EDƏCƏK

  • By admin
  • 18 Avqust 2022 20:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenskinin iştirakı ilə Ukraynanın müharibə nəticəsində dağılmış infrastrukturunun bərpasına dair saziş imzalanıb.

Gununsesi.info xəbər verir ki, sazişi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıb.

Razılaşma əsasında iki ölkə arasında Ukraynanın yenidən qurulması üçün İşçi Qrup yaradılacaq.

İşçi qrup Ukraynada yollar, körpülər, su və elektrik infrastrukturu, xəstəxanalar və məktəblər kimi sosial və iqtisadi əhəmiyyətli obyektlərin yenidən qurulmasını təşkil edəcək.

Gununsesi.info