Ərdoğan yunan naziri qəbul etdi

  • By admin
  • 15 Aprel 2021 17:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikol Dendiasını qəbul edib.

Gununsesi.info xəbər verir ki, görüş Türkiyə Prezidentinin Adminstrasiyasında keçirilib.

Görüşdə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da iştirak edib.

Qeyd edək ki, bu gün Türkiyə və Yunanıstan XİN başçıları arasında görüş olacaq. Ardınca nazirlər birgə mətbuat konfransı keçirəcək.