Ərdoğan zəlzələdən zərər görənlərə baş çəkib - FOTO

  • By admin
  • 13 Fevral 2023 21:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan şəxslərə baş çəkib.

Gununsesi.info xəbər verir ki, Dövlət başçısı bu məqsədlə Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında olub.

Onu xanımı Əminə Ərdoğan müşaiyət edib.

Prezident əsrin fəlakəti nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib, yaralılara isə tezliklə şəfa arzulayıb.

Gununsesi.info