Ərdoğana görə PLAN DƏYİŞDİ: 14 iyunda olacaqdı, amma...

  • By admin
  • 06 İyun 2021 21:04

NATO Liderlər Toplantısı ilə əlaqədar Türkiyə Nazirlər Kabineti yığıncağının tarixi önə çəkilib.

Gununsesi.info “TRT Haber”ə istinadla xəbər verir ki, Kabinet 10 iyunda ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq.

R.T.Ərdoğan 14 iyunda NATO Liderlər Toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə gedəcək. Buna görə 2 həftədə bir reallaşdırılan kabinet iclası önə çəkildi və 10 iyunda edilməsi qərarlaşdırıldı.

Prezident Aparatında olacaq yığıncağın əsas gündəm mövzusu koronavirus epidemiyasıyla mübarizədir. İclasda “Covid-19”la mübarizə çərçivəsində pilləli normallaşmağa keçilməsindən sonra yoluxma və ölüm rəqəmləri, peyvəndetmədə son vəziyyət və yerli peyvənd məsələləri müzakirə olunacaq.

Yığıncaqda həmçinin təhlükəsizlik, ölkə içi və sərhəd xaricində davam edən terrorla mübarizə, iqtisadi proseslər və NATO Zirvə Toplantısından əvvəl xarici siyasətlə bağlı mövzular danışılacaq.

Gununsesi.info