Ərdoğandan Kabildəki terrora reaksiya

  • By admin
  • 27 Avqust 2021 15:27

“Millət olaraq Kabildə baş verən dəhşətli terror aktını qınayırıq”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Kabildə törədilən terror aktının məsuliyyətini İŞİD üzərinə götürüb:

“İŞİD-in bu addımı atması həm bölgədə, həm də dünyada nə qədər təhlükəli bir təşkilat olduğunu ortaya qoyur”.

Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən partlayışlar törədilib. Hadisə nəticəsində 103 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.