Ərdoğandan Kılıcdaroğluna: "BUYUR, GET!"

  • By admin
  • 09 İyun 2017 20:35

kılıçdaroğlu vs erdoğan

Türkiyədə “RABİA” işarəsi ətrafında dartışmalar səngimək əvəzinə, daha da alovlanmaqdadır.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bu dartışmaya səbəb CXP genəl başqanı Kamal Kılıcdaroğlunun bugünlərdə etdiyi çıxışlarından birində dünyada terrorçu təşkilat kimi qəbul edilən bir təşkilatın “RABİA” işarəsinin AKP iqtidarı tərəfindən simvol-simgə halına gətirilməsinə etiraz bildirməsi olub.

Artıq bu məsələyə AKP genəl başqanı, cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da qarışıb.

Ərdoğan CXP liderinin məlum fikrinə qarşı sərt təpki göstərib.

“RABİA” işarəsi çox müqəddəsi işarədir, onun hansısa terror təşkilatı ilə əlaqələndirmək də kimsənin həddi deyil. “RABİA” həm də “Tək Vətən!” deməkdir. Sən əgər özün bu vətəndə görmək istəmirsənsə, buyur, get!”-deyə, Ərdoğan bildirib.

Ərdoğanın bu fikirləri də CXP-lilər tərəfindən eyni sərtliklə qarşılanıb.

“Ana müxalifət” liderinə kimsə belə bir söz deyə bilməz. Həddinizi bilin!”-deyə, CXP-lilər vurğulayıblar.

KAMİL

Gununsesi.info