Ərdoğandan mikrofonu alan uşaq çıxışı ilə gündəm oldu - "O ADAM XAİNDİR" / VİDEO

  • By admin
  • 30 Yanvar 2022 18:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Trabzonda açılış mərasimindəki çıxışından sonra səhnəyə çıxan uşaq müraciəti ilə gündəm olub.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, səhnəyə çıxan Berat Can Gürsoy adlı azyaşlı əvvəlcə Ərdoğandan 10 ildir həbsxanada olan atasının sərbəst buraxılmasını istəyib. Daha sonra isə Türkiyə prezidentindən mikronu alaraq “Bəy Kamal Prezident əmimin qarşısında kimdir ki? O adam xaindir, xain. Ən yaxşı adam buradadır, səsinizi ona verin” deyə müraciət edib.

Ərdoğan uşağı dinlədikdən sonra onunla birlikdə qırmızı lenti kəsib.

 

Gununsesi.info