Ərdoğandan Putinə Zelenskilə bağlı TƏKLİF

  • By admin
  • 06 Avqust 2022 19:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Ukrayna lideri Volodimir Zelenski ilə görüş təklif etdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, Soçi görüşündən sonra keçirdiyi mətbuat konfransında məlumat verib.

“Mövcud çətinliklərə baxmayaraq, böhranın danışıqlar masası arxasında həll olunacağına dərindən inanıram. Rusiya Prezidenti Vladimir Putinə Ukrayna dövlətinin başçısı Volodimir Zelenski ilə görüşünə ev sahibliyi edə biləcəyimizi bir daha xatırlatdım. Qara dəniz qonşumuz olan Rusiya ilə regional və qlobal sülhə töhfə vermək üçün hər sahədə dialoqumuzu artırmağa davam edəcəyik” – deyə Ərdoğan vurğulayıb.

Gununsesi.info