Ərdoğandan referendum açıqlaması: Bu iş bitdi

  • By admin
  • 20 Aprel 2017 21:38

erdogan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan referendum nəticələri ilə bağlı səsləndirilən etirazlara növbəti dəfə münasibət bildirib.

Axar.az xəbər verir ki, dövlət başçısı Ali Seçki Qurumunun verdiyi qərarın qəti olduğunu deyib.

“Seçki Qurumunun qərarı qətidir. Bu iş bitib. CHP lideri Kamal Kılıçdaroğlunun millətin iradəsinə hörmətsizlik etməsinə haqqı yoxdur”, – Ərdoğan əlavə edib.

Qeyd edək ki, ölkənin Ali Seçki Qurumu CHP-nin referendumla bağlı etiraz müraciətini ləğv etmişdi.

 

Gununsesi.info