Ərdoğandan sərt çıxış: “Terror təşkilatına dəstək verən ölkələr axan hər qana ortaqdır”

  • By admin
  • 16 Noyabr 2022 14:25

İndoneziyada G20 (“Böyük 20-lər”) toplantısına qatılan Türkiyə Prezidenti Rəcəb Tayyob Ərdoğan 3 gün öncə İstanbulda törədilən terror hadisəsi ilə bağlı çıxış edib.

 

Gununsesi.info “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyə Prezidenti açıqlamasında dünyaya səslənərək söyləyib ki, partlayışla bağlı təhqiqatlar zamanı lazımı bütün addımları atacaqlar.

Sayca 17-ci “Böyük 20-lər” toplantısına qatılan Ərdoğan dindirmələr zamanı hadisənin haraya uzanması və onun araşdırılması ilə bağlı dövlət rəsmilərinin çalışmalarını davam etdirdiyini dilə gətirib. Türkiyəli dövlət başçısı

“Bildiyiniz kimi, 81 yaralımız vardı, bu anda onların sayı 25-ə enib, 56 vəfat edənimiz var”, – deyə jurnalistin sualını cavablandırıb.

Rusiya Prezidenti Vladimir Putinlə Taxıl Anlaşmasının müddətinin uzadılması ilə bağlı danışan Prezident Ərdoğan sözlərini bu cür damam etdirib:

“Görüşlərimiz mütəmadi davam edir. Bu anlaşmanın davam edəcəyi düşüncəsindəyəm. Hər hansısa bir sıxıntı yoxdur. Sülhün yolu dialoqdan keçir, bi bu mövzuda dəfələrlə qərarlı olduğumuzu söylədik və buna davam edirik”.

Ərdoğan Avropa Birliyi və Amerikanın Şimali Kiprin Türk Dövlətləri Təşkilatı ölkələri tərəfindən üzvlüyə qəbul edilməsinə etirazlarını da,  cavabsız qoymayıb. “Kimdənsə icazə almağımıza ehtiyac yoxdur.  TDT-də aldığımız qərar keçərlidir. Bundan sonrakı müddətdə bu qərara mənfi yanaşan ölkələrə lazımı yerdə lazımı cavabı verməyə davam edəcəyik”, – deyə bildirib.

 

Tərcümə:

Arzu Sayadoğlu.

Gununsesi.info