Ərdoğandan Yunanıstana XƏBƏRDARLIQ

“Biz Yunanıstanı bizə qarşı təhrik edənlərin niyyətini çox yaxşı bilirik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının vilayət başçıları ilə iclasında deyib.

“Bir tərəfdən də yerlərini bilməyənləri yerlərində oturdaraq hədəflərimizdən dönməyəcək bir qətiyyətlə yolumuza davam edəcəyik. Qərbi Trakya və adalarda yığılan silahlar bizim üçün hansısa məna kəsb etmir. Bizim gücümüz bunlardan daha çoxdur”, – deyən Türkiyə lideri Yunanıstana xəbərdarlıq edib: “Özünüzə gəlin. ABŞ-dan gələn dəstək sizə kömək etməz”.

Gununsesi.info