Ərdoğanı dinləyən həbs edilib

  • By admin
  • 03 Avqust 2016 10:53

erdogan

 

İctimaiyyətdə “Böcək” iddiası ilə tanınan, Baş Nazirliyin məsul şəxsləri tərəfindən prezident Rəcəb Tayyib Ərdoğanın iş ofisinə dinləmə cihazının qoyulmasıyla bağlı iddianın şübhəlilərindən sayılan Təhlükəsizlik İdarəsinin Kəşviyyat şöbəsinin sabiq rəisi Ömər Altıparmak İzmirdə nəzarətə alınıb.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ankara 2. Ağır Cəza Məhkəməsinin FETÖ-nün dövlət çevrilişinə cəhdinin ardından fövqəladə iclas çağraraq, haqqında həbs qərarı verilənlərdən Təhlükəsizlik Baş İdarəsinin Kəşfiyyat şöbəsinin sabiq rəisi Ömər Altıparmağı İzmirin Dikili mahalındakı evində yaxalayıb. Altıparmağın əməliyyatlarının tamamlanmasının ardından Ankaraya göndərildiyi bildirilib. “Terror Təşkilat”ı ittihamıyla günahlandırılanlara Ankara 2. Ağır Cəza Məhkəməsində açılan iddiada, TÜBİTAK rəisinin köməkçisi və məlumat şöbəsinin sabiq rəhbəri Həsən Palaz, Təhlükəsizlik Baş İdarəsinin Kəşfiyyat İdarəsi Texniki şöbəsinin sabiq müdiri Əli Özdoğan, Baş Nazirliyinin Baş Mühafizə İdarəsinin Təhlükəsizlik Sistemləri Bürosunun komandiri, Təhlükəsizlik Komandiri Serhat Demir, Təhlükəsizlik Baş İdarəsinin Kəşfiyyat İdarəsi Texniki şöbəsinin müdir müavini Sedat Zavar, Təhlükəsizlik Baş İdarəsinin Kəşfiyyat İdarəsində texniki şöbəsində vəzifəli komissar müavini Ənəs Çiğci, cinayət tarixində Təhlükəsizlik Ümumi Müdirliyi Kəşfiyyat İdarəsinin texniki şöbə müdirliyində vəzifəli polis məmuru İlker Usta, cinayət tarixində Baş Nazirliyin Mühafizə Dairəsinin vitse-prezidentinin vəzifəli Təhlükəsizlik Müdiri Ahmet Türər, sabiq Təhlükəsizlik Ümumi Müdirliyinin Kəşfiyyat Dairə başçisi Ömər Altıparmak, Türkiyənin Vaşinqton səfirliyi işçilərindən Həsən Akın, dinləmə cihazına bağlı hesabat hazırlayan Həmzə Turhan və Gökhan Vıcıl mühakimə olunurlar. Ankara 2. Ağır Ceza Məhkəməsi FETÖ-nun dövlət cevrilişinə cəhdinin ardından həmən sonra təcili iclas keçirərək, şübhəlilərdən Türər və və Altıparmağın həbsi haqqında əmr qərarı vermişdi.

Qərarda dövlət çevrilişinə cəhdindən sonrasında Terror Təşkilatı üzvlərinin qaçacaqları haqda ciddi şübhə meydana gəldiyi və təşkilatla bağlı dəlil və sübutların dəyişdiyi bildirilmişdi.

Gülnaz Qənbərli

Gununsesi.info