Ərdoğanın Afina üzərindən Vaşinqtona mesajı: Oyunun fərqindəyik

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan son günlər Afinanın Ankaraya qarşı təxribatlarına münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, Ərdoğan Türkiyəyə qarşı oynanılan oyunlardan xəbərdar olduqlarını deyib.
“Bəziləri tərəfindən Yunanıstan üzərindən ölkəmizə qarşı oynanılan oyunların fərqindəyik. Problem Yunanıstanın könüllü şəkildə bu oyunlara maşa olmasındadır. Onlar bu başla çox da irəli gedə bilməyəcəklər”, – Ərdoğan qeyd edib.
Qeyd edək ki, Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ABŞ prezidenti Co Baydenlə görüşdən sonra Türkiyəyə qarşı münasibətini dəyişdi və Ankaranın qəzəbinə səbəb olan mövqe sərgilədi. Ərdoğanın açıqlamasının həm də Vaşinqtona mesaj olduğu istisna deyil.

Gununsesi.info