Ərdoğanın gənclərlə görüşündə gözlənilməz SÜRPRİZ - VİDEO

  • By admin
  • 11 Dekabr 2022 14:12

Gununsesi.info xəbər verir ki, dünən Samsunda açılış mərasimlərinə qatılan prezident Ərdoğan gənclərlə də görüşüb. Ərdoğanın gənclərlə söhbəti zamanı sürpriz yaşanıb.

Samsunda yaşayan və sintezatorda ifa etdiyi mahnılarla sosial mediada fenomenə çevrilən Fevzi Kaan Türker də proqrama qatılıb. 12 yaşlı Fevzi Kaan bu dəfə prezident Ərdoğanın qarşısında “İsabella” mahnısını canlı ifa edib. Əyləncəli anların yaşandığı proqramda Ərdoğan da əli ilə tempi tutaraq mahnını müşayiət edib. Mobil telefonla lentə alınan həmin anlar qısa zamanda sosial mediada müzakirə mövzusu olub.

Xatırladaq ki, bundan əvvəl Rəcəb Tayyib Ərdoğan Haliliye Bələdiyyəsinin təşkil etdiyi tədbirdə İbrahim Tatlısəslə birlikdə “Urfalıyam ezelden” xalq mahnısını ifa etmişdi.