Ərdoğanın İran səfəri başlayır

  • By admin
  • 18 İyul 2022 13:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 18-dən 19-dək İranda rəsmi səfərdə olacaq.

Gununsesi.info xəbər verir ki, iyulun 19-da Tehranda Yüksək Səviyyəli Türkiyə-İran Strateji Əməkdaşlıq Şurasının yeddinci iclası keçiriləcək, iclasda ikitərəfli münasibətlərin bütün istiqamətləri müzakirə olunacaq.

Səfər zamanı regional və beynəlxalq məsələlər də müzakirə olunacaq.

İyulun 19-da Ərdoğan Rusiya və İran prezidentlərinin iştirakı ilə keçiriləcək üçtərəfli Sammitdə iştirak edəcək.

Türkiyə və Rusiya liderlərinin ikitərəfli görüşü də Tehranda baş tutacaq.

Gununsesi.info