Ərdoğanın İsveçin baş nazirindən tələbi: Müdafiə naziri işdən çıxarılmalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Maqdalena Andersondan krallığın müdafiə naziri Peter Hultqvisti istefaya göndərməsini istəyib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsveçin “Expressen” nəşri öz mənbələrinə istinadla xəbər verib.

Məlumata görə, Ərdoğanın tələbi təxminən 10 il əvvəl Hultqvistin PKK və onun həbsdə olan lideri Abdullah Öcalanı tərifləməsi ilə bağlıdır.

“Türkiyə Hultqvistin müdafiə naziri vəzifəsindən uzaqlaşdırılmasını istəyir”, – deyə qeyd edən mənbə sözügedən məsələnin Skandinaviya ölkəsinin NATO-ya daxil olması ilə bağlı İsveç və Türkiyə nümayəndələri arasında aparılan danışıqlar zamanı qaldırıldığını əlavə edib.

Ərdoğan daha əvvəl bildirmişdi ki, terrora, ilk növbədə PKK-ya dəstəyini dayandırmaq barədə Ankaranın tələbləri yerinə yetirilməyənə qədər İsveç və Finlandiya NATO-ya üzv olmayacaq.

Gununsesi.info