Ərdoğanın Kiyevə səfəri zamanı iki ölkə arasında saziş imzalanacaq

  • By admin
  • 02 Fevral 2022 18:36

Ukrayna və Türkiyə fevralın 3-də azad ticarət sazişini imzalayacaqlar.

Gununsesi.info yerli KİV-ə istinadla xəbər verir ki, sənədin imzalanması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 3-də Kiyevə səfəri zamanı həyata keçiriləcək.

Bildirilir ki, Türkiyə Ukrayna ilə ticarət dövriyyəsinin həcminə görə Yaxın Şərq regionu ölkələri arasında ilk yerləri tutur və Ukrayna tərəfi mal və xidmətlər bazarlarına çıxışın genişləndirilməsinə kömək edəcək iki ölkə arasında azad ticarət barədə hərtərəfli Sazişin bağlanılmasında maraqlıdır.

 

 

Gununsesi.info