Ərdoğanın rəqibi bu tarixdə bəlli olacaq

“Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi bildirib ki, müxalifət fevralda Türkiyədə keçiriləcək prezident seçkilərində vahid namizədini açıqlayacaq.

Gununsesi.info xəbər verir ki, Türkiyədə növbəti ümumi seçkilər – həm prezident, həm də parlament seçkiləri 2023-cü il iyunun 18-nə təyin edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentliyə namizədliyini irəli sürmək niyyətini daha əvvəl açıqlamışdı.

“Prezidentliyə ümumi namizədin, seçki ittifaqının formasının və altı liderin mandatının birgə elanı fevralda planlaşdırılır”, – köşə yazarı bildirib.

Türkiyənin altı əsas müxalifət partiyasının liderləri indi qarşıdan gələn seçkilərlə bağlı məsləhətləşmələr aparır. Artıq birinci görüşdən sonra onlar ölkənin “gücləndirilmiş parlament idarəetmə sisteminə” keçidi ilə bağlı memorandumun hazırlandığını bəyan ediblər.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin daha erkən tarixdə – 2023-cü ilin may ayında keçirilə biləcəyini istisna etmədiyini bildirib.

Gununsesi.info