Ərdoğanla Bayden bu gün Bürsseldə görüşəcək

  • By admin
  • 24 Mart 2022 10:30

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq.

Gununsesi.info xəbər verir ki, görüş NATO-nun Brüsseldə keçirilən fövqəladə sammiti çərçivəsində baş tutacaq.

Ərdoğanın NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş keçirəcəyi gözlənilir.

Qeyd edək ki, NATO sammitində Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq. Dünya liderləri toplantıda iştirak etmək üçün Brüsseldə səfərdədirlər.

Gununsesi.info