Ərdoğanla Merkel Liviyanı müzakirə etdi

  • By admin
  • 16 İyun 2020 21:26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

Gununsesi.org “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib.

“Bizim Prezident Merkellə telekonfrans rejimində Liviya və Şərqi Aralıq dənizi regionundakı vəziyyəti, eləcə də COVID-19-la mübarizəni və pandemiyadan sonrakı dövrdə həyata keçirilməsi lazım olan addımlarla bağlı əməkdaşlığı müzakirə edib”, – məlumatda deyilir.

Qeyd edilir ki, tərəflər, həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər.

 

 

Gununsesi.org