Ərdoğanla Putin arasında telefon danışığı baş tutacaq

  • By admin
  • 22 Avqust 2022 09:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Ərdoğan rusiyalı həmkarı ilə Ukraynadakı son vəziyyəti və Zaporojye AES məsələsini müzakirə edəcək.

Qeyd edək ki, ötən həftə Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edib. İlk dəfə Lvova gedən Ərdoğan orada Prezident Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.

Gununsesi.info