Əri qadını bir il altı ay tualetdə bağlı saxlayıb  - FOTOLAR

  • By admin
  • 16 Oktyabr 2020 09:12

Hindistanın Haryana ştatında əri bir il altı ay qadını tualetdə bağlı saxlayıb.

Gununsesi.info bildirir ki, “Haber Global” məlumat verir ki, hadisə Hindistanda qadınlara qarşı zorakılığın ən çox müşahidə edildiyi üç ştatdan birində baş verib.

35 yaşlı qadını polislər xilas edib.

“Onu tualetdə tapdıq. İfadə verdiyi zaman məlum oldu ki, qadın bir il altı ay insanlıqdankənar şərtlərlə yaşanmağa məcbur edilib. Ona doyunca yemək və su da verilməyib”, – deyə polis bildirib.

Qeyd olunur ki, 17 ildir evli olan cütlüyün üç uşağı var.

Gununsesi.info