“Ərimə dedim yarım saat vaxtın var, sürüş” - AZƏRBAYCANLI AKTRİSA

  • By admin
  • 09 May 2018 17:24

ARB TV-nin “Səhər-səhər” verilişinin qonağı olan aktrisa Sonaxanım Əliyeva maraqlı açıqlamalar verib.

Gununsesi.info xəbər verir ki, o, ailə quranda xanımı dolandıra biləcək kişi seçməli olduğunu bildirib:

“Mənim özüm yoldaşımı qaçırtdım. Ona yarım saat vaxt verdim ki, evdən çıxsın. Dedim ki, pencəyini də götür, sürüş. Mənə xəyanət etmişdi və ayağı sola sürüşmüşdü. Mən də dedim ki, sənin yerin elə soladır”.

Gununsesi.info