“Ərim mənə azı 6 qadınla xəyanət edib” – foto

  • By admin
  • 05 Sentyabr 2017 22:42

132437_w1to5xk46s
Britaniyalı musiqiçi və aparıcı Şeron Osborn dərgilərdən birinə müsahibə verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, 35 ildir ailəli olduğu müğənni Ozzi Osborn ilə münasibətlərindən danışıb.

Şeron bildirib ki, həyat yoldaşı bu illər ərzində ona azı 6 qadınla xəyanət edib:

“Mənimlə evli ola-ola həyatında bir yox, azı 6 qadın olub. Rusiyalı qız, İngiltərəli massaj ustası, Los-Anceledən biri, aşbazımız….Müxtəlif ölkənin qadınları ilə münasibətdə olub”.

Osborn xəyanət haqda necə öyrəndiyini də açıqlayıb:

“Bir dəfə divanda oturub televizora baxırdıq. Ozzidən mənə sevgi mesajı gəldi. Soruşdum ki, niyə mənə mesaj atdı. O da çaşıb qaldı və mənə mesaj göndərmədiyini söylədi. Daha sonra telefonu əlimə keçdi və sevgi mesajlarını başqa birinə yazdığını öyrəndim”.

Aparıcı hazırda əri ilə birgə olsa da, əvvəlki kimi onu sevmədiyini vurğulayıb:

“Ona hörmətim böyükdür. O, ailəmizin dağılmaması üçün əlindən gələni edib və edir”.

Qeyd edək ki, 1982-ci ildə evlənən cütlüyün 3 övladı var.

 

Gununsesi.info