“Ərim sağ olanda qapıdan bayıra çıxmırdım, ondan sonra mən müğənni oldum” - ZÖHRƏ ABDULLAYEVA

  • Müəllif: admin
  • 07 Oktyabr 2017 13:55

zohre abdullayeva

Əməkdar artist Zöhrə Abdullayeva “5/5” verilişinin qonağı olub. 

Gununsesi.info xəbər verir ki, müğənni vəsiyyətindən danışıb: “Bir oğlum var, hər şeyimi ona vəsiyyət etmişəm. Onsuz nəyim varsa, mən öləndə övladıma qalacaq. Deməmişəm ki, mən öləndə filankəs gəlməsin. Ölüm haqdır, kim istəyər yasıma gələr”.

Z.Abdullayeva dünyasını dəyişən ərindən bəhs edib: “Ərim sağ olanda qapıdan bayıra çıxmırdım. Ondan sonra mən müğənni oldum. Ərim çox yaraşıqlı idi, onu qısqanırdım”.

Gununsesi.info