Ərini öldürtmək üçün üç milyon verən qadın “iş başında” saxlanıldı

  • By admin
  • 20 Dekabr 2020 10:38

Moskvada keçmiş ərinin qətlini sifarişdə şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə Rusiya mediası məlumat yayıb.

İstintaqın versiyasına görə, qadınla keçmiş əri arasında narazılıq boşanma zamanı maliyyə məsələlərində olub. Bu zaman qadın tanışı vasitəsilə potensial qatillə əlaqə saxlayıb. Qadın qətli törədəcək şəxsə üç milyon rubl ödəməyə hazır olub.

Lakin bütün bunlar hüquq-mühafizə orqanlarının nəzarəti altında baş verib. Qadın ödənişi edərkən polis tərəfindən saxlanılıb.

 

Gununsesi.info