Ərinin yanında qadına təcavüz etdi - 11 İLLİK HƏBS CƏZASI ALDI

  • By admin
  • 21 Fevral 2018 08:50

31 yaşlı Qana vətəndaşı Almaniyada ərinin yanında qadına təcavüz etdiyi üçün 11 il azadlıqdan məhrum edilib.

Ötən ilin oktyabrında Almaniyada düşərgələrin birində qadına təcavüz etdiyi üçün 11 illik həbs cəzasına məhkum olan Erik adlı qanalı miqrant saxlandığı həbsxanada intihara cəhd edib.

Miqrant həbsxanadakı kamerada yatağını yandıraraq intihar etmək istəsə də, cəhdinin qarşısı alınıb. Məhkumun üçüncü dərəcəli yanıq xəsarəti aldığı bildirilir. Erik məhkəmədə 23 yaşlı qadına qarşı qeyri-etik hərəkətlər etmədiyini iddia etsə də, hakim miqrantı 11 il həbs cəzasına məhkum etmişdi. Miqrantın həbsxana kamerasına zərər verdiyi üçün əlavə olaraq 2 il cəza alacağı qeyd olunur.

Gununsesi.info