Əsəd Rusiya-Suriya arasında yeni razılaşmanı açıqlayıb

Suriya prezidenti Bəşər Əsəd yaxın həftələrdə Rusiya və Suriyanın iqtisadi əməkdaşlıq haqqında saziş imzalayacağını bildirib.

Bu barədə Gununsesi.info Rambler-yə istinadən xəbər verir.

Əsəd bildirib ki, saziş çərçivəsində hər bir layihə ayrıca nəzərdən keçiriləcək və təsdiq olunacaq. “Bu, layihələrin icrasına və onların uğuruna nəzarət mexanizminin bir hissəsidir”, – Bəşər Əsəd vurğulayıb.

Əlavə edərək bildirib ki, son bir neçə gündə Moskvada iki ölkənin komissiyası bir neçə layihəni müzakirə edib. Əməkdaşlıq müqaviləsi imzalananda bu layihələr daha ətraflı müzakirə olunacaq və onlarla maraqlanan şirkətlər iştirak üçün müraciət edə biləcəklər.

Əsəd martın 14-ü axşam saatlarında Moskvaya uçub. Onun nümayəndə heyətinə iqtisadiyyat, müdafiə və maliyyə nazirləri daxil idi. Martın 15-də Rusiya prezidenti Vladimir Putin və Əsəd arasında danışıqlar aparılıb.

Görüş zamanı Suriya prezidenti yenidən Ukraynada xüsusi əməliyyatın keçirilməsini dəstəkləyib və qeyd edib ki, Rusiya orada “neonasistlərlə köhnə nasistlərlə” mübarizə aparır.

 

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info