Əsəd: “Türkiyə hərbi əməliyyata başlasa, biz cavab verəcəyik”

  • By admin
  • 10 İyun 2022 22:20

Suriya prezidenti Bəşər Əsəd “Russia Today” ərəb xidmətinə müsahibə verib.

Gununsesi.info-nun xəbərinə görə, Bəşər Əsəd müsahibəsində Türkiyə ilə bağlı suala cavab verib.

O, bildirib ki, Türkiyə sərhədyanı əməliyyat təşkil edərsə, hərbi şərtlər imkan verdiyi kimi birbaşa cavab verəcəklər və xalqın gözündə müqavimət olacaq: “2 il yarım əvvəl Suriya və Türkiyə orduları arasında qarşıdurma yaranmışdı. Suriya ordusu Suriya ərazisinə daxil olan bəzi türk hədəflərini məhv etməyə müvəffəq oldu. Hərbi imkanlar imkan verərsə, vəziyyət belə olacaq”.

Müsahibədə Əsədə İdlibin gələcəyi ilə bağlı fikri də soruşulub.

Əsəd deyib ki,  işğal edilmiş hər bir ərazi kimi İdlib də Suriyanın hərbi və siyasi qurtuluş planlarına tabedir:

“Bu məsələ həll olunacaq, həm türklərin, həm də terrorçuların işğal etdiyi torpaqlar azad ediləcək”.

 

Mayis

Gununsesi.info