“Əsgər Ailəsi” Cəmiyyəti yaradılmasının 25 illiyini qeyd edib 

  • By admin
  • 10 Noyabr 2017 12:41


“Əsgər Ailəsi” Cəmiyyəti yaradılmasının 25 illiyini qeyd edib.

Gununsesi.info xəbər verir ki, tədbirdə QHT nümayəndələri, ehtiyyatda olan zabitlər, gazilər və şəhid ailələri iştirak ediblər. Tədbirdə  “Tərxis olunmuş hərbiçilərin gəncləri maarifləndirmə” İB-nin sədri Emin Həsənli, “Əsgər Ailəsi” Cəmiyyətinin, 25 ildə gördüyü işlərindən nailiyyətlərindən bu təşkilatin respublikada vətənpərvərliyin yüksək səviyyədə təbilğ etməsindən danişıb.

Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri,  müdafiə nazirinin sabiq müavini,  general- mayor Məmməd Sarıyev, polkovnik Həsən Əmirov,  2016-cı il aprel döyüşçülərindən Ülfət Həsənov və Natiq Mehdiyev çıxış edərək , “Əsgər Ailəsi” Cəmiyyətinin sədri Roza Əliqızının 25 ildə bu təşkilat vasitəsi ilə xalqımza xidmətindən danışıb.

Ehtiyyatda olan zabit, hərbi jurnalist Roza Əliqızı çıxış edərək rəhbəri olduğu təşkilatın yaranma tarixindən iştirakçılara məlumat verərək bildirib ki,  1992-ci illərdə  hərbi hissələrə gedər, əsgərlərdən ailələrinə, ailələrindən isə əsgərlərə məktublar aparıb: “O vaxt  müharibə şəraitində olduğumuzdan poçt-rabitə, əlaqə yox idi. Bir də baxdım ki, iş görürəm, beləcə təşkilat yaratdım.Elə o gündən bu günə omrümüz cəbhə bölgələrində əsgərlərimiizn yanında keçdi”.

Tədbir iştirakçıları, Roza Əliqızının “Əsgər Aləsi” Cəmiyyətinin xətti ilə ölkəmizdən kənarda Türkiyədə və Avropada Qarabağ həqiqətlərindən  yetərincə təbliğ etməsindən danıblar.
Sonda təşkilatın sədri Roza Əliqızına Fəxri-fərmanlar və medallar təqdim edilib, daha sonra “Əsgər Ailəsi” Cəmiyyəti Vətənpərvərliyin təbliğinə görə  təsis etdiyi Diplomları ilk növbədə öz üzvlərinə Gülnaz Qənbərliyə, Adil Mehdiyə, Günəş Aya və Nəfisət Qarakişiyevaya təqdim edib.

Gülnaz Qənbərli
Gununsesi.info