Əsgər getməyə hazırlaşan gənc avtoyuma məntəqəsində öldü - FOTOLAR

  • By admin
  • 05 Dekabr 2016 12:34

qeza

Əsgər getməyə hazırlaşan  18 yaşlı Şirvan sakini bədbəxt hadisə nəticəsində ölüb.

Gününsəsi.info xəbər verir ki, gənc oğlan avtoyuma məntəqəsində avtomobillə divar arasında sıxılaraq ölüb.Dekabrın 4-də Şirvan sakini, 1998-ci il təvəllüdlü Kazımov Fuad Tələt oğlu avtoyuma məntəqəsində avtomobillə divar arasında sıxılaraq ağır xəsarət alıb. Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasında əməliyyat olunan gənc bu gün səhər saatlarında aldığı xəsarətlərdən reanimasiya şöbəsində ölüb. Hazırda meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

qeza1 qeza2

 Gününsəsi.info