Əsgər tankın vurulmağını belə izlədi -VİDEO

Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi aramsız davam edərkən, cəbhə xəttindən çəkilmiş bir görüntü böyük təəssürat yaratdı. İnternetə düşən videoda Apaçi tipli helikopterin Rusiya istehsalı olan tanka atəş açması zamanı skamyada əyləşən əsgərin soyuqqanlılıqla həmin anları seyr etdiyi, hətta yerindən tərpənmədiyi görülür.

Gununsesi.info xəbər verir ki, Rusiya ilə Ukrayna arasında 24 fevral 2022-ci ildə başlayan müharibə davam edərkən cəbhə xəttindən maraqlı görüntülər gəlməkdə davam edir.

İnternetdə yayılan yeni videoda skamyada oturan əsgərin yaxınlığında baş verən münaqişəni dəqiqələrlə soyuqqanlılıqla seyr etdiyi anlar var.

Apaçi tipli hərbi vertolyotun dəfələrlə Rusiya istehsalı olan tankı atəşə tutduğu saniyələrdə əsgər skamyada oturaraq barmağını tərpətmir, baş verənlərə kino kimi baxır. Sosial mediada da böyük əks-səda doğuran video qısa zamanda viral oldu.

Aydan

Gununsesi.info