Əsginaslar bankda yenilənmək əvəzinə zibil qablarına atıldı – VİDEO

Sosial şəbəkələrdə manatla bağlı ürəkağrıdan video yayılıb.

Gununsesi.info  xəbər verir ki, görüntülərdə Azərbaycanın milli pul vahidi olan müxtəlif əsginaslar öz əksini tapıb. Əzilmiş və parçalanmış vəziyyətdə olan xeyli sayda 1, 5 və 50 AZN olan pul vahidləri paytaxtdakı zibil qutularından birində aşkarlanıb.

Milli valyutanın acınacaqlı halını əks etdirən görüntülər onlayn platformalarda paylaşılaraq səs-küy yaradıb.

Belə ki, pulların zibil qabına atılması sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Onlar əsginasların banklarda yenisi ilə əvəzlənə biləcəyi halda, zibil qabına atılmasına etiraz ediblər.

Gununsesi.info