Ət bahalaşıb - Komitədən açıqlama

  • By admin
  • 12 İyul 2016 17:25

ət

 

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində dəyişiklik olub.

2016-cı ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,5%, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 0,8 və 0,1% ucuzlaşıb.

Bu haqda Gununsesi.info-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Belə ki, 2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 9,0%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 19,4% ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8 faiz bahalaşıb.

Komitədən verilən məlumata görə, iyun ayında heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşıb, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, ay ərzində bitkiçilik məhsullarından lobyanın, kələmin, xiyarın, badımcanın, pomidorun, kartofun, alçanın və gilasın istehsalçı qiymətlərində ucuzlaşma, çiyələyin istehsalçı qiymətində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

Xəyalə Xanəziz