Ətrafındakı “quyruq bulayanlar” onu bitirdi -LƏMAN ƏLƏŞRƏFQIZI KEÇMİŞ RƏHBƏRİNDƏN YAZDI

  • By admin
  • 05 Noyabr 2021 11:42

Bir zamanlar “Azərxalça”nın mətbuat katibi olmuş tanınmış jurnalist Ləman Ələşrəfqızı bu gün vəfat edən Vidadi Muradov haqqında yazıb.

Gununsesi.info jurnalistin qeydlərini təqdim edir:


Vidadi Muradova Allah rəhmət eləsin!

Belə tez köçəcəyini gözləmirdim. 2 ilə yaxın onun rəhbəri olduğu Azərxalçada mətbuat katibi oldum. Adı olan, özü olmayan) İşləməyə imkan vermədi, əslində ona da imkan vermədilər ki, mənimlə işləsin. Kişilərin ən zəif cəhəti bu adamda özünü çox büruzə verirdi.
Amma bu gün bu haqda danışmayacağam. Ölənin haqqında yaxşı cəhəti varsa ondan danışmağı üstün tuturam. Bu da prinsip etibarilə pis adam sayılmazdı. Yanında işləyən xeyli adamlar vardı ki, bəlkə də 30 ildi onunla işləyirdilər. Deyirdilər ki, çörək verən adamdır. Ətrafındakı “quyruq bulayanlar” onu bitirdi.

Bir də ” Azərxalça”.

Şəxsən mənə bir neçə dəfə etiraf etmişdi ki, bu iş onu çox yorub. Həqiqətən çox əziyyət çəkdi xalça emalatxanalarının tikintisi zamanı.

Təkcə, Horadizdə tikilən emalatxanı xatırladım, dövlət pul ayırmışdı, Maliyyə Nazirliyi pulu vermirdi, şapka istəyirdi.
Adam and içirdi ki, öz pulumla tikdim ki, açılış olmalı, Prezident gəlməlidir. Onu da deyim ki, Vidadi Muradov milyonlarını Azərxalçada qazanmamışdı bilirsiz. Yəni, onun Gənclikdəki evi də, xan sarayını xatırladan iş yeri də o bu işin başına keçəndə var idi. O başqa məsələ ki, Azərxalçaya öz şəxsi “iqəmətgahında” yer verməklə aya 20 min pul silirdi. Deyirdi ki, ən zəhləm gedən söz məmur sözüdü. Məmur kimi öldü, korrupsioner kimi öldü. Allah günahlarını bağışlasın. Mən mənə etdiyi pislikləri bağışladım.