Əvəz Zeynallı Ombudsmana müraciət edib - HƏBSDƏKİ JURNALİSTİN AİLƏSİ İLƏ GÖRÜŞ VƏ TELEFON DANIŞIĞI HÜQUQU TANINMIR

  • By admin
  • 27 Dekabr 2022 13:53

Hazırda həbsdə saxlanılan “Xural” Media Qrupunun rəhbəri  Əvəz Zeynallı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət edib.

Gununsesi.info-nun xəbərinə görə, jurnalist müraciətində Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən bu il sentyabrın 10-da siyasi sifariş əsasında, saxta ittihamlarla həbs olunduğunu, həbsindən ötən 3 ay 10 gün olmasına baxmayaraq, hələ də ailə üzvləri ilə telefon danışıqlarına və ailə görüşünə qanunsuz  qadağa qoyulduğunu bildirib.

O, Ombudsmandan bu məsələ ilə bağlı müraciətinə baxılmasını və hüquqlarının tanınmasına yardımçı olmağı xahiş edib.

Jurnalist xatırladıb ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması haqqında” qanun ona bu hüquqları verir.

 

Günay

Gununsesi.info