Əvəzolunmaz Rəcəb - “Kommersant” Türkiyə lideri haqqında geniş məqalə yazıb

  • By admin
  • 05 Yanvar 2023 19:05
Rusiyanın  “Kommersant” qəzeti  Türkiyə lideri Rəcət Tayyib Ərdoğan haqqında məqalə dərc edib.
Gununsesi.infonun xəbərinə görə, “Əvəzolunmaz Recep” adlandırılan yazıda Ərdoğan 2022-ci ilin ən uğurlu dünya siyasətçisi kimi  qiymətləndirilib. 
Qəzetin yazdığına görə, Ərdoğan Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri münaqişə tərəfləri arasındakı alternativsiz vasitəçi statusunu qoruyub saxlayır.
“Türkiyə Rusiya ilə Qərb arasındakı münasibətlərdəki böhrandan, ticarətdən əldə edilən gəlirlərdən, qaz qovşağı layihəsindən, həmçinin İstanbulda bağlanan taxıl müqaviləsindən faydalanır”.
Rəcəb Tayyib Ərdoğan uzun müddət həm Rusiya, həm də Qərb üçün unikal tərəfdaşdır. Məsələn, bundan əvvəl o, NATO müttəfiqlərinin qəzəbinə baxmayaraq, Rusiyanın S-400 raket sistemlərini almaq fürsəti tapıb və rusiyalı həmkarı Vladimir Putinlə birlikdə Suriyada təsir zonalarının yenidən bölüşdürülməsi ilə məşğul olub. Paralel olaraq, Türkiyə lideri ABŞ-la F-16 qırıcılarının alınması ilə bağlı danışıqlar aparırdı, həmçinin Bayraktar pilotsuz təyyarələrini Ukraynaya satdı – 2018-ci ilin sonunda onların Rusiya ilə birbaşa döyüş toqquşmalarında istifadə ediləcəyini düşünə bilməzdi. Bu arada, 2022-ci il fevralın 24-dən etibarən prezident Ərdoğanın mövqeyi tamamilə görünməmiş bir hala gəldi”.
Qəzet yazır ki, Prezident Ərdoğan manevr etmək bacarığını mükəmməlləşdirib:
“Belə ki, o, hələ də prezident Putini “əziz dostum” adlandırır, bu da onun hərəkətlərini diqqətlə tənqid etməyə mane olmur. “Heç bir lider sonradan nəyinsə səhv olduğunu deməyəcək. Heç kim deməyəcək: bəli, səhv etdim”, – Türkiyə lideri sentyabrda Amerikanın PBS telekanalına müsahibəsində deyib və eyham vurub ki, böhranı uğurla həll etmək üçün Vladimir Putinə simasını xilas etmək icazəsi verilməlidir”.
Tərcümə:
Adil Elxanoğlu