Əvvəl kişi idi, indi ən gözəl qadın olmaq istəyir - FOTOLAR

  • By admin
  • 19 Fevral 2018 17:54

Paula Oliveyra Braziliyada keçirilən “Miss BumBum” gözəllik müsabiqəsində qalib gəlmək niyyətindədir.

Gununsesi.info TMZ-yə istinadən bildirir ki, 27 yaşlı Paula Oliveyra transgenderdir. O, əvvəllər Vinisio Oliveyra adlı kişi idi.

6 il əvvəl cinsi mənsubiyyətin dəyişməsi əməliyyatına məruz qalan Vinisio daha sonra sənədlərində cinsinin “kişi” yox, “qadın” göstərilməsi üçün 2 il gözləyib.

Braziliyada homoseksuallara və transsekssuallara münasibət Qərb ölkələrindən fərqli olaraq, mənfidir. Buna rəğmən, Paula Oliveyra ruhdan düşmədiyini deyib.

“Builki müsabiqənin finalında 26 qadın olacaq. Onların hər biri “Miss BumBum” olmaq istəyir. Lakin qalib mən olacağam və bunun üçün əlimdən gələni edəcəyəm”, – Paula Oliveyra söyləyib.

Gununsesi.infoZ