Əvvəl şirkətə qarşı dələduzluq etdi, ardından ictimai rəyi çaşdırmaq istədi… - AÇIQLAMA

  • By admin
  • 09 Dekabr 2019 17:20

Bu günlərdə bəzi xəbər saytlarında fəaliyyəti dayandırılmış “Texnikabank”ın keçmiş rəhbəri Etibar Əliyev haqqında həqiqəti əks etdirməyən, tamamilə uydurma, böhtan və şantaj xarakterli məlumatlar yayılmışdır.

Bildiririk ki, həmin qərəzli və sifarişli məlumatlar mətbuata “Aqroinvest və İstehsalat” şirkətinin keçmiş əməkdaşı Pərviz Hacıyev tərəfindən ötürülmüşdür.

“Aqroinvest və İstehsalat” şirkəti bildirir ki, şirkətə qarşı törətdiyi çoxsaylı dələduzluq əməllərinə görə hüquq-mühafizə orqanları tərəfindən Pərviz Hacıyev barəsində istintaq araşdırması aparılır və bir neçə epizod üzrə də törətdiyi dələduzluq əməllərinin sübuta yetirildiyi məhkəmə qətnamələri mövcudddur. Pərviz Hacıyev istintaqdan yayındığına, məhkəmə qərarlarını yerinə yetirməkdən boyun qaçırdığına görə barəsində axtarış elan edilmişdir.
“Aqroinvest və İstehsalat” şirkəti bəyan edir ki, Pərviz Hacıyev tərəfindən məqsədli şəkildə mətbuata ötürülmüş bu məlumatların Etibar Əliyevlə heç bir əlaqəsi yoxdur və bizim şirkətin də Etibar Əliyevlə hər hansı bağlılığı yoxdur.
Bəyan edirik ki, Pərviz Hacıyev tərəfindən tirajlanan bu cür qərəzli informasiyalar əslində istintaq və məhkəmə orqanlarına təzyiq və təsir etmək məqsədi daşıyır və eyni zamanda ictimai rəyi çaşdırmaq niyyəti güdülür.
Biz çox hörmətli media orqanlarına səslənərək bu cür dələduzlara tribuna verilməməsinə və törətdiyi əməllərə görə ədalət mühakiməsi qarşısında cavab verməsinə maneçilik törədilməməsinə çağırırıq.