Əziz Əzizov sakinlərlə görüş keçirdi

  • By admin
  • 09 Avqust 2019 11:17

Avqustun 8-də Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində Dərəçiçək MTK-nın İsfəndiyar Zülalov küçəsində inşa etdiyi yaşayış binasının sakinləri ilə keçirilib. 

Gununsesi.org xəbər verir ki, səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ə.Əzizov Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, vətəndaşların sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları bir daha sakinlərin diqqətinə çatdırıb.

Rayon İcra Hakimiyyətinin başçısı “Pilot” layihə çərçivəsində inşa olunan evin tikintisinə Dərəçiçək MTK-nın təsadüfən seçilmədiyini bildirərək eyni zamanda binanın tikintisində və tamamlanma işlərində yaranan problemlərlə bağlı sakinlərin haqlı narazılıqlarının olduğunu, bu məqsədlə sakinlərlərlə onların öz ünvanlarında qəbul-görüş keçirilməsinin daha məqsədəuyğun olduğunu qeyd etdi və mövcud problemlərin qısa müddətdə aradan qaldırılması məqsədilə MTK rəhbərliyinə ciddi tapşırıqlar verib.

Qəbul-görüşdə çıxış edən rayon sakinləri onları narahat edən suallarla bağlı Əziz Əzizova müraciətlər ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı xeyli müddət əvvəl yaranan problemlərin vaxtında və tam şəkildə həlli üçün Yasamal rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara bütün köməklilklərin göstəriləcəyini bildirib.



Gununsesi.org