Əziz Səncər Azərbaycana gəlir

  • By admin
  • 29 Noyabr 2021 12:44

Kimya üzrə Nobel mükafatı laureatı, türk əsilli Əziz Səncər Azərbaycana gəlir.

Dünya şöhrətli alim Bakıda keçiriləcək UNEC İqtisadi Forumunda iştirak edəcək.

Gülüstan sarayında keçiriləcək forumun ilk günü, dekabrın 1-də Əziz Sancarın alimlərlə görüşü planlaşdırılır. Dekabrın 2-də isə “Post-pandemiya dövründə elm və təhsil” adlı II paneldə çıxış edəcək.

Qeyd edək ki, UNEC İqtisadi Forumu dekabrın 1-də başlayacaq. Beş panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış edəcəyi forumun ana devizi “Zəfər Yolu”dur.

Eyni zamanda, forum çərçivəsində Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr, gənc alimlərin və beynəlxalq elm olimpiadalarının qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbir dekabrın 3-də başa çatacaq.

Gununsesi.info