​Deputat DİN-i rüşvətdə ittiham etdi: Sürücülük vəsiqəsi üçün 1000 manat istənilir – VİDEO

  • By admin
  • 09 İyun 2021 15:27

Bu gün Milli Məclisin iclasında millət vəkili Müşfiq Cəfərov Daxili İşlər Nazirliyini rüşvətxorluqda ittiham edib.

Gununsesi.info xəbər verir ki, millət vəkili Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində baş verən rüşvətxorluq hallarının olduğunu bildirib.

Müşfiq Cəfərov sürücülük vəsiqəsi üçün 104 manat dövlət rüsumu olduğu halda həmin şöbədə 1000 manat istənildiyini qeyd edib.

Daha ətraflı videodan izləyin:

Gununsesi.info