
Azərbaycanda keçirilən referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski Bakıda səsverməni müşahidə edir.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bir neçə məntəqəyə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında o, bildirib ki, AŞPA missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün gəlib: “Missiya 7 nəfərdən ibarətdir. Biz mümkün qədər çox məntəqədə səsverməni müşahidə etməyə çalışırıq. Sabah ilkin müşahidələrimizlə bağlı mətbuat konfransı keçirəcəyik. 1-2 aydan sonra son nəticələri təqdim edəcəyik”.
Gununsesi.info