
İngiltərənin London şəhərində yaşayan 34 yaşlı Malqorzata Kulczyk 5 ildir gözəllik salonlarına getmədiyini bildirib. Uzun saçları ilə hər kəsin diqqətini öz üzərinə toplayan qadın saçalarını həftədə 3 dəfə yuduğunu söyləyib.
Gununsesi.org xəbər verir ki, doğulduqdan bəri saçlarını kəsdirmədiyini söyləyən qadın 5 il əvvəl sadəcə saçlarının ucunu kəsdirdiyini və 7 yaşından bəri saçlarını uzatmağa qərar verdiyini deyib.
Əslən polşalı olan və Londona kompyuter təhsili almaq üçün gələn qadın rahatlamaq istədiyi zaman saçlarını daradığını söyləyib.
1.5 metrdən daha uzun saçlara sahib olan qadının hədəfi isə adını Guinness Rekordlar Kitabına yazdırmaqdır.




Gununsesi.org