1 ayda 47 mindən çox müraciət olub - Azəriqaz

“Son günlər abonentlərə “Azəriqaz” tərəfindən SMS gəlir. Avqust ayı ərzində bu SMS-lə bağlı Qəza Çağırı Mərkəzinə 47 mindən çox abonent müraciət edib”.

Gununsesi.info xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Qəza Çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.

HTML tutorial

Şöbə rəisinin sözlərinə görə, müraciətlərin əksəriyyəti müqavilə ilə bağlı olub:

” İnsanlarda “niyə yenidən müqavilə bağlamalıyıq” deyə, çaşqınlıq yarandı. Biz insanlara yenidən başa saldıq ki, bazalar yenilənir, elektron pinkodlar müəyyən edilir. Bazada abonentlərin əksəriyyətinin bizdə telefon nömrəsi yoxdur. Abonentlər ev və ya mobil telefon nömrələrini dəyişəndə belə bizə məlumat verməlidir. Bunlar 80 nömrəli müqavilədə öz əksini tapıb. Əgər müqavilə yoxdursa, abonentin qaz təchizatı dayandırılacaq. Hər iki tərəf qarşılıqlı öhdəliyini yerinə yetirməlidir”.

Gununsesi.info