1-ci sinfə şagird qəbulu ilə bağlı sənədlərin məktəblərə təqdim edilməsinə başlanılıb - FOTO

  • By admin
  • 03 Aprel 2017 13:46

1-ci sinif-qabul

Birinci sinfə şagird qəbulu ilə bağlı elektron qeydiyyatdan keçmiş sənədlərin ümumi təhsil məktəblərinə təqdim edilməsinə başlanılıb. Elektron sistem vasitəsilə birinci sinfə şagird qəbulu ilə bağlı Qaydalarda şagirdlərin müsahibədən keçmədən məktəbə qəbul edilmələri nəzərdə tutulur. Bu mərhələdə məktəb rəhbərlərinin rolu və valideynlərin maarifləndirilməsi kimi məsələlər aktuallıq daşıyır.

Gununsesi.info xəbər verir ki, bu fikirlər birinci sinfə qəbulla bağlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) struktur bölmə rəhbərlərinin və ümumi təhsil məktəblərinin direktorları ilə görüşdə səsləndirilib.

BŞTİ-dən isə bildiriblər ki, görüşdə sənəd qəbulu ilə bağlı elan lövhələrinin məktəblərin giriş qapılarında və valideyinlərın rahat məlumat ala biləcəkləri digər yerlərdə yerləşdirilməsi nəzərə çatdırılıb.

Diqqətə çatdırlılıb ki, bu proseslə bağlı maarifləndirmə işlərinin səmərəli aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi əsas vəzifə kimi qarşıya qoyulub.

Qısa vaxtda (8 iş günü ərzində) paytaxtda birinci sinfə elektron qəbul üzrə 30 mindən çox sorğunun yerləşdirilməsi elektron qəbul sisteminin nə qədər səmərəli olduğunu deməyə əsas verir.

Gununsesi.info